Beyrutda ABŞ səfirliyi atəşə tutulub - FOTOLAR

 Beyrutda ABŞ səfirliyi atəşə tutulub -  FOTOLAR
  05 İyun 2024    Oxunub:953
Yerli vaxtla saat 8:34 radələrində Livanın paytaxtı Beyrut şəhərinin şimalında yerləşən Əvkər kəndində, ABŞ səfirliyi yaxınlığında atışma baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Livan Ordusunun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ABŞ səfirliyinə atəş açan suriyalı şəxs dərhal zərərsizləşdirilib və xəstəxanaya aparılıb.

"Əməkdaşlarımızdan xəsarət alan yoxdur", - səfirlik "X"də yazıb.

Hazırda səfirlik istiqamətində yollar bağlanıb. Hadisənin təfərrüatı hələlik açıqlanmır.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: Livan   ABŞ   səfirlik   atışma  





Xəbər lenti