Ukrayna ordusu Rusiya ordusundan nədə üstündür?

   Ukrayna ordusu Rusiya ordusundan    nədə üstündür?
  05 İyun 2024    Oxunub:833
Rusiyalı hərbi müxbirlər döyüş meydanında PUA-lar və radio-elektron mübarizə müstəvisində Ukrayna ordusunun üstünlük imkanlarına malik olmasından şikayətlənirlər. Onlardan biri Rusiya və Ukrayna pilotsuz təyyarələri arasındakı bərabərsizliklə bağlı altı məqamı açıqlayıb.
AzVision.az xəbər verir ki, hərbi müxbirin dediklərinə istinadən ABŞ-nin Müharibənin Tədqiqatı institutunun (İSV) hazırladığı hesabatda ilk növbədə Ukrayna Silahlı Qüvvələrinin obyekti quş uçuşu hündürlüyündə müşahidə edə bilən pilotsuz təyyarələrdə əhəmiyyətli say üstünlüyünə malik olduğu göstərilir.

“Blogger iddia edir ki, Ukraynanın hücum qrupları pilotsuz təyyarələrdən istifadədə Rusiya hücum bölmələri ilə müqayisədə 3-4:1, Ukrayna mexanikləşdirilmiş qrupları isə Rusiyanın analoji bölmələri ilə müqayisədə PUA-lardan istifadə etməkdə 6-10:1 üstünlüyə malikdir”, - hesabatda bildirilir.

Ukrayna həmçinin mövcud quru qoşunları tərkibində ixtisaslaşmış və mərkəzləşdirilmiş PUA bölmələri saxlayır ki, bu da müdafiə qüvvələrinə kəşfiyyat və hücum pilotsuz təyyarələrinin imkanlarını əsas taktiki manevrlərə daha yaxşı inteqrasiya etməyə imkan verir.

Rusiya qoşunları isə, əksinə, mərkəzləşdirilmiş və mütəşəkkil pilotsuz təyyarələr sisteminə və Ukrayna PUA-laına qarşı mübarizə aparmaq üçün adekvat elektron mübarizə və elektron kəşfiyyat imkanlarına malik deyillər.

Analitiklərin fikrincə, Ukrayna Silahlı Qüvvələri yeni texnologiyalara uyğunlaşdıqca və öz qüvvələrini daha yaxşı inteqrasiya etdikcə, Rusiyanın hərbi birləşmələri çox güman ki, eyni şeyi etmək, döyüş meydanında texnoloji və taktiki paritet saxlamaq üçün təzyiqə məruz qalacaqlar.

- Hücum və müdafiə, habelə potensialın gücləndirilməsi arasında gedən bu yarış müasir müharibədə hərbi vasitələrin inkişafının mərkəzi elementidir”, - İSV öz hesabatında vurğulayır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti