Sərxoş halda kazarmanı partlatdığı üçün 23 il iş aldı

Sərxoş halda kazarmanı partlatdığı üçün 23 il iş aldı
  05 İyun 2024    Oxunub:680
Rusiyada kazarmanı yandıran şəxsə ağır cəza verilib.
AzVision.az xəbər verir ki, Dmitri Lobovikov adlı şəxs 2-ci Qərb Dairə Hərbi Məhkəməsinin hökmü əsasında 23 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edilir ki, o, Sverdlovsk vilayətindən səfərbər edilibmiş, 2023-cü ilin yanvarında sərxoş vəziyyətdə Belqorod vilayətindəki kazarmalardan birində saxlanılıb. Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, o, həmkarları yatarkən kazarmaya qumbara atıb.
Qumbara partlaması nəticəsində 7 nəfər ölüb, 16 nəfər yaralanıb.

Tural Tağıyev

AzVision.az



Teqlər:





Xəbər lenti