Macarıstan Aİ-də səs hüququndan məhrum edilə bilər

   Macarıstan Aİ-də    səs hüququndan məhrum    edilə bilər
  05 İyun 2024    Oxunub:800
Avstriya Macarıstanın müvəqqəti olaraq Avropa İttifaqında səs hüququndan məhrum edilməsi ilə bağlı Belçikanın irəli sürdüyü təklifi dəstəkləyib.
AzVision.az xəbər verir ki, “Politico” nəşri Avstriyanın Xarici İşlər nazirliyinə istinadən belə məlumat yayıb.

“Biz 27 Aİ üzvünün hamısının Birliyimizin əsasını qoyduğu prinsiplərə tam riayət edəcəyini gözləyirik. Bu, xüsusilə Aİ-nin gələcək sədrliyi üçün doğrudur. Bunu nəzərə alaraq, biz Macarıstana qarşı 7-ci maddənin proseduruna ciddi riayət olunmasının tərəfdarıyıq”, - Avstriyanın Xarici İşlər nazirliyinin təmsilçisi deyib.

Qəzetdə dərc edilən materilada bildirir ki, Vyananın Brüsseli dəstəkləməsi Macarıstanın Aİ Şurasına sədrliyi ərəfəsində “Budapeşt üçün məyusluğun daha bir əlamətidir” .

İyul ayından ilin sonunadək Macarıstanın Aİ Şurasında sədrliyi Budapeştə Avropa İttifaqı daxilində müxtəlif növ qərarların qəbulunda daha çox səlahiyyətlər verəcək. Bu perspektiv ərəfəsində Böyük Britaniyanın məşhur “Financial Times” nəşri Budapeştin Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara mane olduğunu və Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Avropa Sülh Fondu (EPF) vasitəsilə Kiyevə dəstək üçün istifadəsini əngəlləyə biləcəyini xatırladıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Belçikanın Xarici İşlər naziri Hadja Labib Aİ ölkələrini Macarıstanı səsvermə hüququndan məhrum etmək barədə düşünməyə çağırıb. O, “ Avropanın irəliləmək üçün mübarizə apardığı bir vaxtda” Budapeştin Avropa Şurasında tez-tez “əməliyyat, bloklama və veto mövqeyi” tətbiq etdiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Macarıstan  





Xəbər lenti