Təhsil sahəsində yeni təyinatlar

   Təhsil sahəsində yeni təyinatlar
  05 İyun 2024    Oxunub:724
Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunub.
AzVision.az xəbər verir ki, bu barədə elm və tahsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Günay Mahmudova gətirilib.

G.Mahmudova ötən ildən sözügedən vəzifəni icra edirdi.

Bundan başqa, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Bəhruz Nəbili Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub.

AzVision.az



Teqlər: təhsil   qərar  





Xəbər lenti