Azərbaycanlı gənc ABŞ-də vəfat etdi

   Azərbaycanlı gənc ABŞ-də vəfat etdi
  05 İyun 2024    Oxunub:882
ABŞ-nin San-Fransisko şəhərində azərbaycanlı gənc vəfat edib.
AzVision.az xəbər verir ki, xeyli müddətdir Kaliforniya ştatının San-Fransisko şəhərində yaşayan Samir Hüseynov xəstəxanada dünyasını dəyişib.

Yaxınları bildiriblər ki, Samir bir neçə gün əvvəl səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Samir ştatdakı Azərbaycan diasporunun fəallarından biri imiş.

AzVision.az



Teqlər: ABŞ   Diaspor  





Xəbər lenti