Fitso ona sui-qəsd edən şəxsi bağışladı

   Fitso ona sui-qəsd edən şəxsi bağışladı
  05 İyun 2024    Oxunub:819
Mən onu bağışlayıram və ona nifrət etmirəm. O, sadəcə şər və siyasi nifrətin elçisi olub.
AzVision.az xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso Feysbuk hesabında bildirib.

Fitso iyulun əvvəlinə qədər vəzifəsinin başına qayıtmağı planlaşdırdığını vurğulayıb.

Qeyd edək ki, mayın 15-də Handlova şəhərində Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, 5 güllə yarası alıb və 4 dəfə əməliyyat olunub.

AzVision.az



Teqlər: Fitso   Başnazir  





Xəbər lenti