Tramp: "Yəhudi siyasətçi özünü fələstinli kimi aparır" - FOTOLAR

      Tramp:    "Yəhudi siyasətçi özünü fələstinli kimi aparır" -  FOTOLAR
  06 İyun 2024    Oxunub:670
"ABŞ-nin Demokratlar Partiyasının üzvləri İsraili dəstəkləmirlər. Bu çox təhlükəlidir".
AzVision.az xəbər verir ki, bu sözləri ABŞ-nin sabiq prezidenti, yenidən prezidentliyə namizəd Donal Tramp "Fox News" telekanalında aparıcı Şon Hennitinin verilişində müsahibə zamanı dilə gətirib.

"Artıq hətta Çak Şumer (ABŞ Senatının üzvü, Demokratlar Partiyasının nümayəndəsi - red.) də özünü fələstinli kimi aparır. Başa düşürsünüz: Çak Şumer - yəhudi! Həmişə İsraili dəstəkləyərdi, indi isə əksinə", - Tramp vurğulayıb.

(Donald Tramp və aparıcı Şon Henniti veriliş zamanı)

Çak Şumer, həqiqətən də, mart ayında İsrailin Baş naziri Benyamin Netanyahunu və İsrailin Qəzzaya qarşı müharibədə rəftarını tənqid atəşinə tutaraq, onun lider kimi əvəzlənməsinə çağırmışdı.

(Senator Çak Şumer)

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İsrail   Tramp  





Xəbər lenti