İmtahandan keçə bilməyən 800 müəllim işdən çıxarılıb

   İmtahandan keçə bilməyən 800 müəllim işdən çıxarılıb
  06 İyun 2024    Oxunub:1081
“Sertifikatlaşdırılma prosesi 2022-ci ildə ilk dəfə ibtidai sinif müəllimləri üçün keçirilib. 30 minə yaxın müəllim iştirak edib. Prosesdən keçən müəllimlərin əmək haqqlarına artım olub".
AzVision.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən məlumatlandırıcı sessiayada deyib.

Onun sözlərinə görə, 2023-cü ildə keçirilən sertifikatlaşdırılma imtahanından uğurlu nəticə göstərə bilməyən 800-ə yaxın müəllim tutduğu vəzifədən azad edilib.

“Sertifikatlaşdırılma prosesi 2026-cı ilə qədər davam edəcək. Bu proses bütün fənn müəllimlərini əhatə edəcəkdir. 2026-cı ildən sonra isə ilk sertifikatlaşdırılma imtahında iştirak edən müəllimlər yenidən prosesə cəlb olunacaq".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti