Bu müəllimlər üçün təlim mərkəzləri yaradılıb

   Bu müəllimlər üçün təlim mərkəzləri yaradılıb
  06 İyun 2024    Oxunub:793
“2022-ci ildə təşkil olunmuş sertifikatlaşdırılma prosesində uğur qazana bilməyən müəllimlər üçün 57 təlim mərkəzi yaradılıb, 48 saatlıq akademik təlimlər həyata keçirilib”.
AzVision.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən məlumatlandırıcı sessiayada deyib.

Onun sözlərinə görə, bu təlimlərdə ümumilikdə 2380 təhsilverən iştirak edib:

“Təlimlərdə iştirak edən müəllimlərin 80 faizi təkrar sertifikatlaşdırılma prosesində uğur qazanıb. 2023-cü ildə təşkil olunan sertifikatlaşdırılma prosesində uğur qazana bilməyən 493 nəfər Azərbaycan dili və ədəbiyyat, 5495 nəfər ibtidai sinif üzrə təlimlərə cəlb olunub”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti