Yaşı 65-dən yuxarı olan müəllimlərlə bağlı tələb

   Yaşı 65-dən yuxarı olan müəllimlərlə bağlı   tələb
  06 İyun 2024    Oxunub:1378
"Çalışma yaş həddi əmək müqaviləsinə xitam verilməsi üçün əsas verir, lakin onların əksəriyyəti peşəkar müəllimlərdir".
AzVision.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən müəllimlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sesiyada Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, bir çox hallarda 65 yaşdan yuxarı olan müəllimlər əmək müqaviləsinin uzadılması üçün müraciət edirlər:

"65 yaşdan yuxarı olan müəllimlər üçün sertifikasiya könüllü olduğu üçün qeyd edim ki, onlar əgər sertifikasiyada iştirak etməyəcəksə, əmək müqaviləsinin uzadılması tələbinə baxılmayacaq. Bu ayın sonunda keçiriləcək serifikasiyada 60 yaşdan yuxarı 600 müəllim könüllü olaraq iştirak etmək üçün qeydiyyatdan keçib".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti