Qants: "Yeni müharibə qaçılmazdır" - FOTO

      Qants:    "Yeni müharibə qaçılmazdır" -    FOTO
  06 İyun 2024    Oxunub:576
"İndiki hadisələrdən şikayətlənməyin, çünki gələcəkdə bizi daha böyük çətinliklər gözləyir".
AzVision.az xəbər verir ki, bu sözləri İsrailin hərbi kabinetinin üzvü, ordu generalı Beni Qants ölkənin Livanla sərhəddə yerləşən şimal şəhərlərinin başçıları ilə görüşündə söyləyib.

Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının dünən baş tutan raket hücumlarının ardınca təmas xəttinə gələn Qants hər kəsi "daha ağır döyüşlərə" hazır durmağa çağırıb.

"Hələ çətin günlər qabaqdadır. (Livana qarşı - red.) müharibə ehtimalı var", - o vurğulayıb.

(İsrailin Baş naziri Benyamin Netanyahu hərbçilərlə birgə sərhədboyu Kiryat Şmon şəhərində)
İsrail Livana qarşı böyük əməliyyata başlayıb - FOTO/VİDEO - YENİLƏNİB

Xatırladaq ki, dünən İsrail Hərbi Hava Qüvvələri də Livanda yerləşən "Hizbullah" obyektlərinə zərbələr endirmiş, Baş nazir Benyamin Netanyahu, habelə Baş Qərargah rəisi Herzi Halevi "Hizbullah"a qarşı böyük əməliyyat başlandığını diqqətə çatdırmışdılar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah  





Xəbər lenti