Ermənilərə məxsus 600 yük maşını Gürcüstan-Rusiya sərhədindən buraxılmır

Ermənilərə məxsus 600 yük maşını Gürcüstan-Rusiya sərhədindən buraxılmır
  06 İyun 2024    Oxunub:715
Ermənistana məxsus 600-ə yaxın yük maşını sərhədin həm Gürcüstan, həm də Rusiya tərəfində “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsində ilişib qalıb.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.

Qeyd edilir ki, Gürcüstandan Rusiyaya gedən və əks istiqamətdə olan yol iyunun 6-dan bütün növ nəqliyyat vasitələri üçün bağlanıb. Mtsxeta-Stepantsminda-Lars beynəlxalq magistral yolunun Qudauri-Kobi hissəsində qar uçqunu səbəbindən səyahətlər qadağan edilib.

"Hazırda 300-ə yaxın erməni yük maşını “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsindən Rusiya Federasiyası istiqamətindədir. Daha 300-ü isə Ermənistan istiqamətində Rusiya tərəfində dayanıb", - Sputnik yazıb

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti