Killerin güllələdiyi şəxs biznesmenin oğlu imiş - VİDEO (Yenilənib)

 Killerin güllələdiyi şəxs biznesmenin oğlu imiş  - VİDEO (Yenilənib)
  06 İyun 2024    Oxunub:1263
Rusiya hüquq-mühafizə orqanları bu gün Moskvanın qərbində baş verən silahlı insidentlə bağlı məlumat yayıblar.
Qeyd edilir ki, ölən şəxsin şəxsiyyəti müəyyənləşdirilib. “RİA Novosti” öz mənbələrin istinad edərək yazıb ki, o, 34 yaşlı Konstantin Balışanski olub.

SHOT teleqram kanalının məlumatına görə isə, Balışanski "Mediasystem Group" şirkətinin rəhbəri Andrey Balışanskinin oğludur.

12:44

Moskvanın qərbində silahlı insident baş verib. Yerli medianın yaydığı məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində bir nəfər ölüb.
RİA Novosti, TASS və bir sıra Telegram kanalları öz mənbələrinə istinadən məlumat yayıblar ki, atışma Kuntsevskaya metrosunun Aleksey Sviridov küçəsində baş verib. Hadisə şahidləri insidentin videosunu yayıblar. Görüntülərdə silahlı qara paltarlı və maskalı şəxs yolda gəzən bir kişiyə yaxınlaşaraq onu güllələyir. O yıxılan kimi cinayətkar meyitə daha iki atəş açıb.

Prokurorluq isə ərazidən 1989-cu il təvəllüdlü bir kişi meyitinin aşkar edildiyini təsdiqləyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Moskva  





Xəbər lenti