"Azərbaycan bayrağı sinəmdə olacaq" - Türkiyəli astronavt

   "Azərbaycan bayrağı sinəmdə olacaq"  -    Türkiyəli astronavt
  06 İyun 2024    Oxunub:687
"Uçuş zamanı sinəmdə Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağı da yer alacaq".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasever iyunun 8-də həyata keçirəcəyi kosmos ekspedisiyası ilə bağlı danışarkən deyib. O bildirib ki, bu iki xalq və onların bayraqları Yer kürəsində yanaşı olduğu kimi kosmosda da birgə olacaq.

Astronavt Atasever kosmosda ümumilikdə 7 təcrübə həyata keçirəcək.

“Kosmosa getməkdə məqsədimiz elmi araşdırmalarla yer üzündəki həyatı yaxşılaşdırmaqdır. Həm ölkəmə, həm də dünyaya töhfə vermək imkanının olduğunu bilmək mənə çox böyük mənəvi məmnunluq verir”, -deyə o bildirib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti