Əməkhaqqısı artan müəllimlərin sayı açıqlandı

Əməkhaqqısı artan müəllimlərin sayı açıqlandı
  06 İyun 2024    Oxunub:881
“Sertifikatlaşdırılma diferensiallaşmış əməkhaqqı sisteminin tətbiqinə uyğun əməkhaqqı artımına və sosial rifahın yüksəlməsinə imkan yaradır".
AzVision.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən məlumatlandırıcı sessiayada deyib.

Onun sözlərinə görə, ümumilikdə diferensiallaşmış əməkhaqqı sisteminə keçid edən müəllimlərin sayı 31 mindən yüksəkdir:

“Onlardan 23 mini hər ay 10 faiz, 8 mindən artıq müəllim isə 35 faiz əlavə ilə əməkhaqqısını alır”.
Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti