Bayden: "Silahımızla Kremlin vurulmasına icazə verməyəcəyik"

 Bayden:    "Silahımızla Kremlin vurulmasına icazə verməyəcəyik"
  06 İyun 2024    Oxunub:942
ABŞ prezidenti Co Bayden Ukrayna ilə bağlı diqqət çəkən fikirlər səsləndirib.
O, ABC telekanalına müsahibəsində deyib ki, Vaşinqton Kiyevə Rusiyanın dərinliklərinə Amerika silahları ilə zərbələr endirməsinə icazə vermək niyyətində deyil.

Putin Qərbi hədələdi: “Bu, ciddi və təhlükəli addımdır”
"Biz Rusiyanın 200 mil (təxminən 322 km - Red.) dərinliyindəki ərazilərə zərbələr endirilməsinə icazə vermirik. Moskvaya və Kremlə də zərbələrin vurulmasına icazəmiz yoxdur", -o, müsahibəsində vurğulayıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   ABŞ   Silah  





Xəbər lenti