Bayramov isveçrəli həmkarı ilə danışdı

   Bayramov isveçrəli həmkarı ilə danışdı
  06 İyun 2024    Oxunub:893
6 iyun 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə xarici işlər naziri İqnasio Kassis arasında telefon danışığı aparılıb.
AzVision.az xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, Avropada geosiyasi vəziyyət və İsveçrə tərəfindən göstərilən səylər, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi çərçivəsində görülən işlər müzakirə edilib.

Həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər: Görüş   Xin  





Xəbər lenti