Azərbaycanda Yuri Qaqarinin abidəsi yaradılacaq

   Azərbaycanda Yuri Qaqarinin abidəsi yaradılacaq
  06 İyun 2024    Oxunub:716
Moskva və Bakı Azərbaycanda Yuri Qaqarinin abidəsinin yaradılması layihəsini hazırlayır
AzVision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında güclü mədəni əlaqələr mövcuddur:

“Biz mədəniyyət sahəsindəki bu şanlı ənənəni davam etdirmək istəyirik. Azərbaycanda Yuri Qaqarinin abidəsinin yaradılması layihəsi var. Gənclər arasında mədəniyyət abidələrimizə qayğıkeş münasibətin formalaşdırılması baxımından həyata keçirəcəyimiz bir sıra digər layihələrimiz də var”.

AzVision.az



Teqlər:





Xəbər lenti