Türkiyədə meşə yanğını söndürülüb - FOTOLAR

   Türkiyədə meşə yanğını söndürülüb  - FOTOLAR
  07 İyun 2024    Oxunub:650
Türkiyənin Antalya şəhərində meşədə güclü yanğın hadisəsi meydana gəlib.
AzVision.az xəbər verir ki, çox qısa müddətdə genişlənən yanğının söndürülməsi üçün 5 helikopter, 2 təyyarə, 5 su tankeri və bir sıra ilkin müdaxilə vasitələri göndərilib.

Yanğın yanğınsöndürmə qruplarının gərgin əməyi nəticəsində nəzarətə götürülüb.

Hazırda yanğından ziyan görən 5 hektarlıq ərazidə soyudulma işləri aparılır.


Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   hadisə   yanğın  





Xəbər lenti