Makron Rusiyada tutulan fransız agentdən danışdı: "Bizə işləmirdi"

 Makron Rusiyada tutulan fransız agentdən danışdı:  "Bizə işləmirdi"
  07 İyun 2024    Oxunub:807
Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan Fransa vətəndaşı İsveçrə qeyri-kommersiya təşkilatında işləyib.
AzVision.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron məlumat verib.
"Fransa vətəndaşı BMT-nin keçmiş baş katibi Kofi Annanın yaratdığı QHT-də çalışırdı", - Fransa lideriTF1 və France 2 telekanallarına müsahibəsində deyib.

Makron onu da əlavə edib ki, məhbus konsuluq tərəfindən zəruri müdafiə tədbirləri ilə təmin olunacaq.

Müsahibə zamanı Fransa rəhbəri xüsusi olaraq vurğulayıb ki, saxlanılan şəxs “Fransa üçün işləməyib”.

Xatırladaq ki, dünən Moskvada Rusiyanın hərbi, hərbi-texniki fəaliyyət sahələrində məlumat toplamaqda şübhəli bilinən Fransa vətəndaşının saxlanılması barədə video yayılmışdı.


Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti