Ermənistandan qaçan Qarabağ ermənilərinin yarısı ölkəyə qayıdıb

   Ermənistandan qaçan Qarabağ ermənilərinin yarısı ölkəyə qayıdıb
  07 İyun 2024    Oxunub:634
Ermənistanı tərk edən Qarabağ ermənilərinin demək olar ki, yarısı yenidən ölkəyə qayıdıb.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini David Xaçatryan məlumat verib. Erməni məmur xaricdə birdəfəlik qalan qarabağlıların da ölkəyə qayıdacağına əminliyini ifadə edib.

Ruslar Ermənistandakı qarabağlı uşaqlar üçün yeni layihə keçirirlər
Nazir müavini miqrasiya axınından da danışıb və etiraf edib ki, 15 minə yaxın adam artıq Ermənistandan gedib. Lakin o, 7-8 minlik ölkəyə daxilolmanın da qeydə alındığını vurğulayıb.

Əvvəllər bəzi ekspertlər 2023-cü ilin payızında Ermənistana köçən 100 mindən çox (Mübahisəli rəqmdir-red.)Qarabağ ermənisindən 15 minə yaxının bu ölkəni birdəfəlik tərk etdiyini deyirdilər.

Lakin mayın əvvəlində baş nazir Nikol Paşinyan mətbuat konfransında həmin 15 minin həmişəlik getməsini düşünməyin yanlış olduğunu bildirdi. Onun sözlərinə görə, həm Ermənistanın öz sakinləri, həm də Qarabağdan gələn köçkünlər mütəmadi olaraq ölkədən gedib-gəlirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qarabağ   Miqrasiya  





Xəbər lenti