Bayden: "Ümidvaram ki, Netanyahu məni dinləyir" - VİDEO

      Bayden:    "Ümidvaram ki, Netanyahu məni dinləyir" -    VİDEO
  07 İyun 2024    Oxunub:684
"Onlar (İsrail - red.) var gücü ilə Rəfəhi ələ keçirmək planını dayandırıbsa, deməli, inanıram ki, Netanyahu narahatlığımı diqqətə alır".
AzVision.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Fransanın Normandiya vilayətinə səfəri çərçivəsində "ABC News" telekanalının aparıcısı Devid Muirə müsahibəsində söyləyib.

Bayden vurğulayıb ki, İsrail hazırda onun təklifi ilə atəşkəslə bağlı "əhəmiyyətli razılaşma" üzərində iş aparır.

Maraqlıdır, ABŞ Prezidenti bir yandan İsraili dəstəkləmək, digər yandan isə müharibəni dayandırmaq üçün Netanyahuya təzyiq göstərməklə, əslində, öz seçki kampaniyası çərçivəsində müttəfiqlərinin və rəqiblərinin fikir ayrılıqlarını balanslaşdırmağa çalışır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İsrail   Qəzza   atəşkəs  





Xəbər lenti