İsrail Livanın üç kəndini bombalayıb

   İsrail Livanın üç kəndini bombalayıb
  07 İyun 2024    Oxunub:685
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda "Hizbullah" terror təşkilatına məxsus obyektlərə hücum əməliyyatları həyata keçirir.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Aviazərbələr Livanın Cəbəl Rəslan, Ramiyyə və Kəfr Kila kəndlərinə tuşlanıb.

Dağıntı və itki ilə bağlı təfərrüat açıqlanmayıb.
İsrail Livana qarşı böyük əməliyyata başlayıb - FOTO/VİDEO - YENİLƏNİB

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu ötən günlərdə "Hizbullah"a qarşı böyük əməliyyat başlandığını diqqətə çatdırmışdı. Ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə hücum əməliyyatlarının qətiliklə davamının vacibliyini vurğulayaraq, hökuməti Livanın birdəfəlik işğalına çağırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah  





Xəbər lenti