Beni Qants istefa verə bilər

   Beni Qants istefa verə bilər
  07 İyun 2024    Oxunub:956
İsrailin fövqəladə hərbi kabinetinin üzvü, ordu generalı Beni Qantsın şənbə günü kabinetdən istefası gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə "KAN" xəbər agentliyi məlumat yayıb.

Hərbçinin istefasına səbəb kimi Qəzzada qələbə naminə hökumətin dəqiq plan hazırlaması üçün onun keçən ay qoyduğu möhlətin başa çatması və nəticədə hər hansı uğurlu addım atılmaması göstərilib.

Hərçənd Qəzza zolağında əsir saxlanılan israilli şəxslərin ailələri onu HƏMAS-la əsir mübadiləsi aparılmayınca istefa verməməyə çağırıblar.

Netanyahunun ofisi bu və digər məsələlərlə bağlı bazar günü nazirlər arasında geniş iclas keçirəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   hərbçi   istefa  





Xəbər lenti