Paşinyan etiraz yürüşlərinə veloyürüşlə cavab verdi - VİDEO

   Paşinyan etiraz yürüşlərinə veloyürüşlə cavab verdi    - VİDEO
  07 İyun 2024    Oxunub:899
Ermənistanın baş naziri Nikol Paşinyan Facebook profilində növbəti dəfə velosiped sürməsini əks etdirən video paylaşıb.
O, statusda yazıb ki, “İlk velosiped yürüşümüz baş tutdu. Əgər qoşulmaq istəyirsinizsə, adınızı və telefon nömrənizi [email protected] ünvanına göndərin. Qalan qaydaları bu mövzuyla bağlı əvvəlki paylaşımımda qeyd etmişdim".

Paşinyan velosiped sürdü - Video
Xatırladaq ki, Paşinyan son günlər səhərlər İrəvan küçələrində velosiped sürür. O, insanları ona qoşulmağa çağırır. Müxalifət saytları isə Paşinyanın xalqın içinə çıxmağa başlamasını son günlər ölkədə artan etiraz aksiyaları, radikalların yürüşləri ilə əlaqələndirirlər.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir, tez-tez paytaxtda yürüşlər keçirir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Velosiped  





Xəbər lenti