Putin qızlarını siyasətdə "leqallaşdırır" - "The Times"

   Putin qızlarını siyasətdə "leqallaşdırır"    - "The Times"
  07 İyun 2024    Oxunub:729
Rusiya prezidenti Vladimir Putin, əvvəllər rus elitasında olduğu kimi öz qızlarını ictimai məkanlara çıxarmağa başlayıb.
Bu fikirlər “The Times” saytında dərc olunan məqalədəndir. Nəşr yazır ki, Putin Rusiyasında bu cür addımlar həm özlərini qorumaq, həm də övladlarına uğurlu gələcək bəxş etmək üçün atılır.

Putinin qızının ilk müsahibəsi: "Bizim üçün insan həyatı ən yüksək dəyərdir"
"Məsələn, onun böyük qızı 39 yaşlı endokrinoloq Mariya Vorontsova cümə axşamı "Rusiya Davosu"nda çıxış etdi. Kiçik övladı 37 yaşlı Yekaterina Tixonova menecer və rəqqasə olsa da, hərbi sənaye kompleksi ilə bağlı dəyirmi masada iştirak edəcək",- məqalədə yazılıb.

Qeyd edilir ki, Putinin iki qızının eyni tədbirdə görünməsi ictimaiyyət üçün ilk hadisə sayılır.

Məqalə müəllifinin fikrincə, bacıların get-gedə ictimaiyyətə daha çox təqdim olunması onu göstərir ki, artıq Putinin komandasında olan müttəfiqlərinin övladları biznesdə və hökumətdə mühüm rol oynamağa başlayıblar. Görünür valideynlər özlərinə gələcək üçün "müdafiə" axtarırlar.

Forumda Putinin qızlarından başqa Rusiya elitasını təmsil edən digər şəxslərin övladları və qohumları, xüsusən də keçmiş müdafiə nazirinin qızı Kseniya Şoyqu da iştirak edib. Bundan başqa, Putinin uzun illərdir dostluq etdiyi oliqarx tanışlarından birinin oğlu Roman Rotenberq də tədbirə qatılıb. Kreml aparatı rəhbərinin oğlu Aleksandr Vayno da siyahıda yer alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Siyasət  





Xəbər lenti