ABŞ-Britaniya qüvvələri Yəməni bombalayıb

   ABŞ-Britaniya qüvvələri Yəməni bombalayıb
  07 İyun 2024    Oxunub:725
ABŞ və Böyük Britaniyanın Qırmızı dəniz regionunda Yəmənin "Husi" qruplaşmasına qarşı müqavimət qüvvələri bu ölkənin Hüdeydə şəhərindəki aeroporta, Səlif şəhərində isə dəniz limanına zərbə endirib.
AzVision.az xəbər verir ki, bu barədə Yəmənin "Əl-Məsirə" telekanalı məlumat yayıb.

Adıçəkilən obyektlərə ümumilikdə 4 aviazərbə endirildiyi vurğulanır.

Dağıntı və itki barədə təfərrüat hələlik açıqlanmayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Yəmən   ABŞ   Britaniya   aviazərbə  





Xəbər lenti