Sürücülərin diqqətinə: Yollarda hərəkət məhdudlaşdırılacaq

   Sürücülərin diqqətinə: Yollarda hərəkət məhdudlaşdırılacaq
  07 İyun 2024    Oxunub:794
İyunun 8-də saat 10:00-dan etibarən Bakı şəhəri, Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinədək), iyunun 10-da isə saat 10:00-dan etibarən isə Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində (Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunadək) təmir işlərinə başlanılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti