Bayden Zelenskidən üzr istədi

   Bayden Zelenskidən    üzr istədi
  07 İyun 2024    Oxunub:703
ABŞ prezidenti Co Bayden Ukraynaya yardımın altı ay gecikməsinə görə həmkarı Vladimir Zelenskidən üzr istəyib.
AzVision.az xəbər verir ki, dövlət başçıları bu barədə Paris görüşündə danışıblar.

“Heç vaxt təslim olmadın, heyrətamiz şəkildə mübarizə aparırsan. Biz səni tək qoymayacağıq" - Bayden deyib.

ABŞ prezidenti qeyd edib ki, konqresin bəzi mühafizəkar üzvləri Ukrayna üçün əlavə maliyyə vəsaiti nəzərdə tutan qanunun qəbulunu gecikdiriblər.

“Həftələr ərzində yaranmış çaşqınlığa görə üzr istəyirəm, çünki qanunvericiliyin təsdiqlənməsi ilə bağlı problemlərimiz var idi, lakin sonda bu qanun dəstəkləndi.

O vaxtdan bəri, bu gün də daxil olmaqla, altı əhəmiyyətli maliyyə paketi elan etdim. Elektrik şəbəkəsini yenidən qurmağınız üçün əlavə 225 milyon dollarlıq paket imzaladım" – Bayden bildirib.

O, Zelenskini ABŞ-ın Ukraynanın yanında olacağına inandırıb. Amerika lideri əlavə edib ki, Ukrayna təcavüzə qarşı mübarizə qalasıdır.

Aygün Xankişiyeva
AzVision.az



Teqlər:





Xəbər lenti