Fransada yeni etiraz aksiyası başlayır

   Fransada yeni etiraz aksiyası başlayır
  07 İyun 2024    Oxunub:787
Fransa Limanlar və Dokerlər Federasiyası həmkarlar ittifaqı (CGT) ölkədə pensiya islahatları ilə bağlı yenidən etiraz nümayişlərinə və tətillərə başlandığını elan edib.
AzVision.az xəbər verir ki, liman işçiləri və dokerlər iyunda 14 günlük tətilə başladıqlarını bəyan ediblər. İyunun 7-dən liman əraziləri bağlanaraq üç gün davam edəcək “ölü limanlar” əməliyyatına başlanılıb.

Tətilçilər iyul ayında mübarizələrinin daha da gücləndiriləcəyini istisna etmirlər. Hökumətin onların səfərbərliyinə şübhə ilə yanaşdığını deyən Limanlar və Dokerlər Federasiyası həmkarlar ittifaqının baş katibi artıq bütün liman işçilərinin və dokerlərin bir araya gəldiklərini vurğulayıb. Prezident seçkiləri kampaniyası zamanı E. Makronun verdiyi vədə əməl etməməsi liman işçilərini qəzəbləndirib.

“Respublika prezidenti aydın şəkildə demişdi ki, pensiya islahatı liman işçilərinə və dokerlərə şamil edilməyəcək”, - deyə özlərini xəyanətə uğramış hiss edən həmkarlar ittifaqları mətbuata açıqlamalarında bildiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti