Ermənistan Almaniya ilə də hərbi əməkdaşlığa başlayır

   Ermənistan Almaniya ilə də hərbi əməkdaşlığa başlayır
  07 İyun 2024    Oxunub:918
Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti Berlində alman həmkarları ilə danışıqlar aparıb
AzVision.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ermənistan və Almaniyanın müdafiə nazirlikləri arasında hərbi-texniki və hərbi-texnoloji əməkdaşlığa dair sənədlər imzalanıb.

Görüşlər zamanı Ermənistan və Almaniya arasında hərbi-texniki və hərbi-texnoloji əməkdaşlığa dair məsələlər müzakirə edilib, bir sıra razılaşmalar əldə olunub.

AzVision.az





Teqlər: Berlin   İrəvan   əməkdaşlıq  





Xəbər lenti