"Hizbullah" İsrail kazarmalarına zərbə endirib

   "Hizbullah" İsrail kazarmalarına zərbə endirib
  08 İyun 2024    Oxunub:582
Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatı İsrail obyektlərini bombalayıb.
AzVision.az xəbər verir ki, bu barədə terror qruplaşması məlumat yayıb.

Bildirilir ki, Zərit şəhərində İsrail Ordusuna məxsus kazarma, "Şiba fermaları" adlı ərazidə yeni yaradılmış artilleriya poliqonu, habelə Raheb kəndində məskunlaşmış bir qrup israil hərbçisi atəşə tutulub.

Dağıntı və itki ilə bağlı təfərrüat açıqlanmayıb.

Xatırladaq ki, bir neçə gün qabaq İsrailin Baş naziri Benyamin Netanyahu "Hizbullah"ın timsalında Livana qarşı böyük əməliyyat başlandığını demişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Hizbullah   Livan  





Xəbər lenti