İsrail Ordusu 4 əsiri xilas edib - FOTO/VİDEO

   İsrail Ordusu 4 əsiri xilas edib -  FOTO/VİDEO
  08 İyun 2024    Oxunub:996
Qəzza zolağındakı Nüseyrat qaçqın düşərgəsində HƏMAS tərəfindən əsir saxlanılan 4 israilli şəxsi azadlığa çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidmətindən bildirilib.

İki fərqli binada aşkarlanan müxtəlif yaşlardakı 1 qadın və 3 kişi əsirin hazırda xəstəxanaya yerləşdirildikləri diqqətə çatdırılıb. Onlar həmçinin yaxınları ilə görüşüblər.

Məlumata görə, hazırda Qəzzada hələ 120 israilli şəxs əsir saxlanılır.

(Əsirlikdən qurtulan Noa Arqamani atası ilə birlikdə)


Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Qəzza   əsir   xilas  





Xəbər lenti