İsveçrədən Ukraynaya 60 milyonluq yardım

   İsveçrədən Ukraynaya 60 milyonluq yardım
  08 İyun 2024    Oxunub:781
İsveçrə Federal Şurası Ukraynaya 60,52 milyon avro (58,7 milyon İsveçrə frankı) ayırmaq qərarına gəlib
AzVision.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, maliyyə yardımı 4 il ərzində həyata keçiriləcək.

“2024-2028-ci illər ərzində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi Ukrayna üçün 58,7 milyon İsveçrə frankı ayıracaq”, - məlumatda deyilir.

Vəsait, həmçinin Ukraynanın müharibədən zərər çəkmiş bölgələrinin, gələcəkdə yenidən qurulması üçün vacib olan regionlarındakı layihələrə də ayrılacaq.

İsveçrə 11-12 iyun tarixlərində Berlində keçiriləcək Ukraynanın Yenidənqurulması Konfransında yardımı rəsmi şəkildə elan edəcək.

AzVision.az



Teqlər: İsveç   yardım   Ukrayna  





Xəbər lenti