İlk qadın namizəd seçkilərdə iştirakdan imtina etdi

  İlk qadın namizəd seçkilərdə iştirakdan imtina etdi
  09 İyun 2024    Oxunub:1124
İran parlamentinin keçmiş deputatı, prezidentliyə namizəd kimi qeydə alınan Zöhrə Elahian seçkilərdə iştirakdan imtina edib.
Elahian X sosial şəbəkədəki paylaşımında qeyd edib ki, o, namizədliyini geri götürür və “xalqın, elm adamlarının və elitanın etibar etdiyi namizədi” dəstəkləyir.

Bundan əvvəl daha dörd nəfər öz namizədliyini geri götürmək qərarına gəlib. İranda hazırda prezidentliyə namizədlərin müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılır.

Səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçənlər arasında 3 hazırkı və 13 sabiq nazir, keçmiş prezident Mahmud Əhmədinejad, parlamentin hazırkı və keçmiş spikerləri Məhəmməd Baqir Qalibaf və Əli Laricani də var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti