Son 8 ildə rekord sayda hakimliyə namizəd imtahan verdi
Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada kompüter vasitəsilə cavablandırıblar. İmtahanın nəticələri hər bir namizədə sualları cavablandırdıqdan dərhal sonra elan olunub.
İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 173 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Yeni qaydalara əsasən imtahanın nəticələri namizədlərin yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir.
Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, növbəti müsahibə üçün hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir.
Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 9
AzVision.az
Teqlər: