Blinken Misirdədir - FOTOLAR - YENİLƏNİB

   Blinken Misirdədir -  FOTOLAR - YENİLƏNİB
  10 İyun 2024    Oxunub:1340
ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərqə növbəti səfəri çərçivəsində Misirin paytaxtı Qahirə şəhərinə gəlib.
AzVision.az xəbər verir ki, Qəzzada müharibə üzrə atəşkəs danışıqları fonunda baş tutan səfər çərçivəsində o, Misir Prezidenti ilə görüşəcək.


* * *

09:14
ABŞ Dövlət katibi Antoni Blinken Qəzzada müharibə başlayandan bəri səkkizinci dəfə Misirə səfərə yollanacaq.
AzVision.az xəbər verir ki, o, səfər çərçivəsində Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşəcək və Co Baydenin yeni atəşkəs təklifini vasitəçi ölkə kimi tərəflər arasında razılaşdırmağa çalışacaq.

Tərəflər həmçinin Qəzza əhalisinə humanitar yardım üçün mühüm rol oynayan, lakin bir ay qabaq İsrail tərəfindən bağlanmış Rəfəh sərhəd-keçid məntəqəsinin yenidən açılması ilə bağlı müzakirə aparacaqlar.

Blinken Misirin ardınca İsrailə gedərək, burada Baş nazir Benyamin Netanyahu ilə görüş keçirəcək.

Onun habelə İordaniya və Qətərə də səfərləri nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Misir   Qəzza   səfər  





Xəbər lenti