Kazan hava limanında uçuşlar dayandırılıb

Kazan hava limanında uçuşlar dayandırılıb
  10 İyun 2024    Oxunub:671
Kazan hava limanı müvəqqəti olaraq uçuşları dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi öz teleqram kanalında məlumat verib.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün iyunun 10-da səhər saatlarında Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub”, - deyə məlumatda deyilir.

Bildirilib ki, təhlükəsizliyi təmin etmək üçün bütün lazımi tədbirləri görülür.

Məhdudiyyətlər yerli vaxtı ilə saat 08:02-dən tətbiq edilib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti