PUA ilə şərti düşmən mövqelərinə qəfil zərbə endirilib

   PUA ilə şərti düşmən mövqelərinə qəfil zərbə endirilib
  10 İyun 2024    Oxunub:749
Azərbaycanda keçirilən “Qafqaz Qartalı - 2024” təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.
Bu barədə Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumatda qeyd olunub. Bildirilib ki, birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.

“Qafqaz Qartalı - 2024” təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur, - məlumatda vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti