BRİKS-ə üzv ölkələrin XİN rəhbərlərinin görüşü keçirilir

   BRİKS-ə üzv ölkələrin XİN rəhbərlərinin görüşü keçirilir
  10 İyun 2024    Oxunub:924
Rusiyanın Nijni Novqorod şəhərində BRİKS-ə üzv dövlətlərin xarici işlər nazirlərinin iki günlük iclası başlayıb.
AzVision.az xəbər verir ki, iclas Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rəhbərliyi ilə baş tutur.

İclasa bir sıra ölkənin XİN rəhbəri: Çindən Van Yi, CAR-dan Naledi Pandor, Misirdən Sameh Şükri, Braziliyadan Mauro Vieyra, Türkiyədən isə Hakan Fidan qoşulublar.

Bu, təşkilata yeni üzvlər (Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri) qoşulmasından sonra nazirlərin ilk görüşüdür.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, iclasda beynəlxalq münasibətlər və qlobal idarəetmənin müxtəlif aspektləri və gücləndirilməsi, habelə inkişaf etməkdə olan ölkələrin bu müstəvidə rolunun artırılması, eyni zamanda, münaqişələrin həlli və çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətlə bağlı müzakirələr aparılacaq.

Eyni zamanda, Kazanda keçiriləcək 16-cı BRİKS sammitinə hazırlıqla bağlı addımlar nəzərdən keçiriləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: BRİKS   nazirlər   görüş  





Xəbər lenti