Erməni məhbuslardan 77 litr alkoqol, 144 telefon tapılıb

Erməni məhbuslardan    77 litr alkoqol, 144 telefon tapılıb
  10 İyun 2024    Oxunub:675
Ermənistanda hüquq mühafizə xidməti əməkdaşları maraqlı əməliyyat həyata keçiriblər.
AzVision.az xəbər verir ki, ölkənin müxtəlif həbsxanalarında məhbusların kameralarına baxış keçirilib. Nəticədə qadağan olunmuş maddələr, xüsusən də xeyli sayda "ev üsulu" ilə hazırlanan alkoqol aşkarlanıb.

"May ayında penitensiar müəssisələrdə aparılan yoxlamalar nəticəsində kameralardan 74,9 qram narkotik vasitə, 144 mobil telefon, 149 telefon aksesuarları, 14 Wi-Fi cihazı, 10 kəsici alət və 77,3 litr kustar üsulla hazırlanmış spirtli içki aşkar edilib", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti