İlham Əliyev Ərdoğanın dəvəti ilə Ankaraya gedib

   İlham Əliyev Ərdoğanın dəvəti ilə Ankaraya gedib
  10 İyun 2024    Oxunub:1028
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib.
AzVision.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşıladılar.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti