UNRWA: "Qəzzada binaların yarısı dağıdılıb" - FOTOLAR

      UNRWA:    "Qəzzada binaların yarısı dağıdılıb" -    FOTOLAR
  10 İyun 2024    Oxunub:709
"Qəzza zolağındakı dağıntıların izahı qeyri-mümkündür".
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) "X"də bildirib.

"Peyk məlumatlarına əsasən görünür ki, Qəzzada artıq binaların yalnız yarısı salamatdır. Dağıntıların yığışdırılması illər çəkəcək. Müharibənin psixoloji travmasının sağalması üçün isə daha çox vaxt lazımdır. Bu faciəyə son qoyulmalıdır. Atəşkəs!", - təşkilat vurğulayıb.


Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   müharibə   dağıntı   BMT  





Xəbər lenti