Bakının dörd rayonunda qaz olmayacaq

Bakının dörd rayonunda qaz olmayacaq
  11 İyun 2024    Oxunub:618
Paytaxtın Xəzər, Binəqədi, Səbail və Sabunçu rayonlarında yerləşən qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 11.06.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə “Azəriqaz”dan AzVision.az -a məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Buzovna qəsəbəsinin, Binəqədi rayonu üzrə Nizami Nərimanov, İbrahim Paşadadaşov küçələrinin, Səbail rayonu üzrə Badamdar qəsəbəsi, 3-cü Massivin, Sabunçu rayonu üzrə isə Nardaran qəsəbəsinin Abşeron küçəsi və Bağlar massivinin qaz təchizatında fasilə yaranacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti