Barışıq vəd etməyən "Sülh sammiti"

   Barışıq vəd etməyən    "Sülh sammiti"
  11 İyun 2024    Oxunub:1103
Bu həftə İsveçrədə Ukrayna müharibəsinə dair Qlobal Sülh Sammiti keçiriləcək. Yaponiyanın NHK telekanalı sammitlə bağlı birgə bəyanat layihəsi haqqında məlumat əldə edə bilib. Qeyd edilir ki, bura Ukrayana prezidenti Volodimir Zelenskinin sülh planının 10 bəndindən yalnız bir neçəsi daxil edilib.
Söhbət atom elektrik stansiyalarının (AES) və ərzaq təhlükəsizliyindən, eləcə də bütün məhbusların azad edilməsindən, Rusiyaya deportasiya olunmuş ukraynalı uşaqların geri qaytarılmasından gedir.

Pakistan Ukrayna ilə bağlı konfransda iştirak etməyəcək
Lakin sammitlər bağlı qəbul olunacaq yekun sənəddə Rusiya qoşunlarının işğal olunan ərazilərdən çıxarılması və Ukraynanın ərazi bütövlüyünün bərpası nəzərdə tutulmayıb. Birgə bəyanat layihəsində tərəflərin sülhün əldə olunması prosesində iştirak etməli olduğu bildirilir və aqressor ölkənin müzakirələrə qatılmasının vacibliyi yazılıb.

Diplomatik mənbələr də Rusiya qoşunlarının çıxarılması bəndinin və Ukraynanın təkid etdiyi digər məqamların layihədən silindiyini bildirib. Maraqlıdır ki, nəşr məhz Moskva ilə münasibətlərə böyük önəm verən bir sıra dövlətlərin mövqeyinə görə rus qoşunlarını işğal edilən torpaqlardan geri çəkməsi tələbi yer almayacağını iddia edib.

"Zelenski sülh sammitinin Ukraynaya müharibəni bitirməkdə kömək edəcəyini gözləyir",- NHK yazıb.

Qeyd edək ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda Ukrayna ilə bağlı sülh konfransının keçirilməsi planlaşdırır. Bern 160-dan çox nümayəndə heyətini, o cümlədən G7, G20 və BRICS ölkələrini konfransa dəvət edib. Yarısı Avropadan olmaqla demək olar ki, 90-a yaxın ölkə və təşkilat artıq sammitində iştirakını təsdiqləyib.

Moskva bu mühüm tədbirə dəvət olunmayıb. Lakin Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, onsuz da dəvət gəlsəydi belə, sammitdə iştirak etməyəcəkdilər. Sammitdə Kreml təmsilçilərindən başqa, Çin və Rusiyaya dost olan digər nüfuzlu ölkələr də təmsil olunmayacaq. Eyni zamanda, BMT-nin baş katibi Antonio Quterreş də tədbirə qatılmayacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Sülh   Sammit   Rusiya  





Xəbər lenti