HƏMAS atəşkəs qətnaməsinə razılıq verib

   HƏMAS atəşkəs qətnaməsinə razılıq verib
  11 İyun 2024    Oxunub:536
HƏMAS terror təşkilatı BMT-nin Təhlükəsizlik Şurasının üçmərhələli atəşkəs qətnaməsi ilə razılaşdığını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə təşkilatın yüksəksəviyyəli nümayəndəsi Sami Əbu Zöhri məlumat yayıb.

Onun sözlərinə görə, "İsrailin atəşkəs planını yerinə yetirməsi Vaşinqtondan asılıdır".

Sözügedən atəşkəs planının ilk mərhələsində qadın, qoca və yaralı əsirlərin mübadiləsi, İsrail qoşunların Qəzzadan çəkilməsi, fələstinlilərin evlərinə qayıtmaları, humanitar yardım təminati; ikinci mərhələyə atəşkəsin tamamilə başa çatdırılması, Qəzzadakı bütün əsirlərin azadlığa buraxılmaları, İsrail qoşunların tamamilə çəkilməsi; sonuncu mərhələyə isə Qəzzanın bərpası naminə çoxillik plan hazırlanması və qalan əsirlərin də İsrailə qaytarılması nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər: HƏMAS   İsrail   Qəzza   atəşkəs  





Xəbər lenti