Rusiya Artemovka və Timkovkanı zəbt edib

Rusiya  Artemovka və Timkovkanı zəbt edib
  11 İyun 2024    Oxunub:731
Rusiya qoşunlarının "Qərb" qüvvələrinin bölmələri qondarma Luqansk Xalq Demokratik Respublikasının(LXDR) Artemovka və Xarkov vilayətinin Timkovka adlanan ərazilərini ələ keçirib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edilir ki, Artemovka "LXDR"-in qərb sərhədlərində yerləşən bir kənddir. Onun işğalı şimalda yerləşən Stelmaxovka yaxınlığında rus qoşunlarının mövqelərini gücləndirməyə imkan verib. Bu həm də Kupyansk istiqamətində cinahları gücləndirmək üçün Xarkov vilayətində Oskola doğru irəliləmək imkanı yaradır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti