Putin üçün əla siqnal: Avropa gəncləri ölkələrini müdafiə etmək istəmirlər - "Politico"

    Putin üçün əla siqnal:  Avropa gəncləri ölkələrini müdafiə etmək istəmirlər    - "Politico"
  11 İyun 2024    Oxunub:869
Rusiyanın NATO-ya hücumu ilə bağlı proqnozlar özünü doğrultsa, avropalı gənclər əllərinə silah alaraq öz ölkələrini müdafiə etməyə hazır olmayacaqlar.
Bu fikirlər ABŞ-nin məşhur “Politico” saytında dərc olunan məqalədəndir. Nəşr aparılan sosioloji sorğuların təhlili nəticəsində belə qənaətə gəlib.

Fransız siyasətçi: Müdafiəmiz çətin vəziyyətdədir, 3 gün müharibə edə bilərik
Məqalə müəllifi xatırladıb ki, ötən həftə Qərb İkinci Dünya Müharibəsi zamanı öz qoşunlarını Normandiyaya yeritməsinin 80 illiyini qeyd edib. Müttəfiqlər nasistlərin Fransa və Benilüks ölkələrindən qovulması üçün on minlərlə qurban verdilər. Bunlar isə həmin ağır döyüşlərdə sağ qalmaq şansının az olduğunu bildiyi halda, qətiyyətlə silahlı mübarizəyə girən gənclər idilər.

Co Baydenin İkinci Dünya Müharibəsində qalib gələn nəsli möhtəşəm və ya ən güclü adlandırmasına dair açıqlamaları fonunda indiki Avropa gəncləri fərqli görünürlər. Onlar Rusiyanın Avropa ölkələrinə hücumu halında öz həyatlarını riskə atmaq istəyinin olmadığını birbaşa bəyan edirlər.

Keçən həftə Böyük Britaniyada keçirilən sorğuda 18-24 yaşlı britaniyalıların yalnız 29%-i ölkəni işğala qarşı müdafiə edəcəyini deyib. Kontinental avropalılar da artıq döyüşkən və vətənpərvər deyillər. Sorğuların nəticələrinə görə, əgər onların ölkələri müharibə meydanına çevrilərsə, avropalıların yalnız 32%-i silah götürüb döyüşməyə hazır olacaq.

Hərbi imkanlara görə dünyanın ən güclü ölkəsi olan ABŞ-da belə, 2022-ci ildə aparılan bir araşdırma ortaya ürəkaçan nəticə qoymayıb. Araşdırmalar göstərib ki, amerikalıların yalnız 55%-i genişmiqyaslı müharibə halında silaha sarılacaq. Maraqlısı isə budur ki, gənc nəsil (18-34 yaş) ilə müqayisədə yaşlı nəsil (50-64 yaş) arasında döyüşə hazır olan insanlar daha çox olub.

"Bu vətənpərvərliyin olmaması faktı müxtəlif səbəblərlə izah edilə bilər. Məsələn, hökumətə artan inamsızlıq, “əbədi müharibələrdən” yorulmaq və ikrah hissi, Qərb dəyərlərinə inamın ümumən itməsi, gənclərin öz sələfləri ilə müqayisədə indi daha çox seçimlər etmək hüququnun olması və mühafizəkarlığın artması", - "Politico" yazıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Avropa   Gənclər   Müharibə  





Xəbər lenti