Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşdü

   Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşdü
  11 İyun 2024    Oxunub:937
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransı çərçivəsində ukraynalı həmkarı Dmitri Kuleba ilə humanitar yardım daxil olmaqla bir sıra məsələləri müzakirə edib
AzVision.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransı çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. Nazirlər müxtəlif sahələrdə, o cümlədən humanitar yardım, nəqliyyat və əlaqə sahələrində Azərbaycan-Ukrayna əməkdaşlığını müzakirə ediblər. Həmçinin son regional proseslər, Azərbaycan-Ermənistan sülh və normallaşma prosesinə toxunulub”, – XİN-in mətbuat xidməti diqqətə çatdırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti